Sumqayıtda karantin rejiminə nəzarət davam etdirilir
Tarix: 27-07-2021 02:02 | Bölmə: Cəmiyyət

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin eyni zamanda Polis İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən könüllü gənclərdən ibarət mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir. Təşkil edilən qruplar vasitəsi ilə şəhərin mərkəzi küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, maskalardan istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılır, mövcud pandemiya qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılır.
Tədbir zamanı könüllülər tərəfindən sakinlərlə fərdi-profilaktik söhbətlər aparılmış, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilmiş, maarifləndirici xarakterli təlimat vərəqləri paylanmışdır.

Sabaha-inamla.az





Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər
10-09-2021, 11:14 Sayt rəhbəri saxlanıldı
30-08-2021, 19:20 FHN inspektoru həbs edildi