Bütün xəbərlər
DİN şəhid atasının iddiasına cavab verdi
Tarix: 24-07-2021 15:14 | Bölmə: Cəmiyyət

                      DİN şəhid atasının iddiasına cavab verdi


Sosial şəbəkələrdə Kəlbəcər rayonundan olan şəhid atasının öz yaxınlarının mızarlarını ziyarət etmək üçün Kəlbəcərə getmək istəməsi və bu zaman təhqirlərə məruz qalması ilə bağlı məlumat yayılıb.
Əslən Kəlbəcərdən olan Habil Atayev iddia edib ki, onun istəyi Polis Şöbəsinin rəhbərliyi tərəfindən təhqirlə qarşılanıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş H.Atayev iyul ayının 19-da Kəlbəcər Polis Şöbəsinə müraciət edərək, Kəlbəcər rayonuna getmək istədiyini bildirib:
“RPŞ rəhbərliyi tərəfindən qəbul olunan həmin şəxslə profilaktiki söhbət aparılıb, izah olunub ki, hazırda işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi işi başa çatmadığından mülki vətəndaşların əraziyə buraxılması çöx təhlükəlidir və yalnız xidməti zərurətlə əlaqədar olar, xüsusi şəxslərin həmin ərazilərə buraxılması mümkündür”.


Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər