Həlak olmuş alpinistlərin adına quraşdırılmış lövhə oğurlandı
Tarix: 21-07-2021 13:33 | Bölmə: Cəmiyyət

                      Həlak olmuş alpinistlərin adına quraşdırılmış lövhə oğurlandı


Bir neçə il öncə qar uçqununda həlak olmuş alpinistlər Namin, Babur və Fəridənin xatirəsinə Tufandağın şimal ətəyində Mahmuddərədə quraşdırılmış lövhə oğurlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ramin Həsənəlizadə adlı istifadəçi sosial şəbəkədə yazıb. Lövhənin metal yığanlar tərəfindən oğurlana biləcəyi ehtimal olunur:
"Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik".
Qeyd edək ki, Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adına əbədiləşdirilmiş lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri yazılmışdı.
Xatırladaq ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib. 





Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
20-07-2021, 15:14 BDU-nun dosenti vəfat etdi