Bütün xəbərlər
Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri açıqlandı
Tarix: 17-07-2021 10:38 | Bölmə: Cəmiyyət

                   Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri açıqlandı



Xəbər verdiyimiz kimi, sabahdan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır.
Beynəlxalq Avtovağzal Kompleksindən “Qafqazinfo”ya bildirilib ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.
Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də, növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50 faiz güzəşt olmaqla 15 manat təşkil edir.
Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də, avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn gediş bileti sifariş edə bilərsiniz.
Gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.


Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər