200 nəfərlik toy edən restoran sahibi cərimələndi - Video
Tarix: 15-07-2021 12:23 | Bölmə: Cəmiyyət

                    200 nəfərlik toy edən restoran sahibi cərimələndi


Balakəndə 200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələnib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, obyekt sahibi tərəfindən 107 nəfər “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilib. Lakin şadlıq evinə keçirilən baxış zamanı məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.
              
             




Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər
10-09-2021, 11:14 Sayt rəhbəri saxlanıldı
30-08-2021, 19:20 FHN inspektoru həbs edildi