Bütün xəbərlər
Xırdalanda açıq havada idman meydançası yaradılıb
Tarix: 11-07-2021 14:21 | Bölmə: Cəmiyyət


Xırdalan şəhərindəki Heydər Əliyev parkında yeni qurulan idman meydançasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, ərazidə əvvəllər açıq havada idmanla məşğul olmaq üçün hər hansı qurğu olmayıb. Sakinlərin müraciətləri nəzərə alınaraq, parkdakı açıq sahədə idman meydançasının qurulması barədə qərar verilib.
İdman meydançasına xüsusi döşəmə vurulub. Ərazidə 12 idman qurğusu yerləşdirilib. Bu qurğularda təkcə yeniyetmələr və gənclər deyil, eyni zamanda, yaşlı insanlar da idman edə biləcəklər. Bundan başqa, meydançanın kənarlarına oturacaq quraşdırılıb.








Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər