15:02 / 21-01-2025
Balaca suitini xilas ediblər
09:55 / 21-01-2025
Müstəqilliyə aparan yol
Bütün xəbərlər
Vüqar Bayramov: “İki sahil” müasir çağırışlara uyğun olaraq medianın inkişafına öz töhfəsini verir
Tarix: 08-07-2021 19:50 | Bölmə: Cəmiyyət
vuqar-bayramov-iki-sahil-muasir-chagirishlara-uygun-olaraq-medianin-inkishafina-oz-tohfesini-verir-video
 

“İki sahil” qəzeti Azərbaycanda medianın formalaşmasında və inkişafında xüsusi rolu olan mətbu orqanlardandır. 30 illik tarixi ərzində “İki sahil” qəzeti mətbuatın inkişafına, eləcə də məlumatlandırma və maarifləndirməyə özünəməxsus töhfə verib. Nəzərə alsaq ki, “İki sahil” qəzeti iqtisadi prosesləri yaxından işıqlandıran və bu istiqamətdə fərqli, obyektiv iqtisadi təhlil təqdim edən mətbu orqanlarımızdandır. Bu da təbii ki, iqtisadi fikrə xüsusi töhfənin verilməsi anlamına gəlir.”
Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrikində Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov qeyd edib ki, bu baxımdan, “İki sahil” geniş oxucu kütləsinə malik olmaqla, yanaşı, həm də iqtisadçılar üçün müraciət edilən, oxunan qəzetlərdən biridir: “İki sahil” artıq yeni və müasir çağırışlara uyğun olaraq medianın inkişafına da öz töhfəsini davam etdirir. Artıq fərqli bir dövrdür. Xüsusən 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra formalaşmış yeni düzən və çağırışlara uyğun olaraq mətbuatın da inkişaf etdirilməsi və Azərbaycanda həyata keçirilən islahatlara dəstək olması çox vacibdir. Təbii ki, “İki sahil” qəzetinin formalaşması və inkişafı bu mətbu orqanın baş redaktoru Vüqar Rəhimzadənin əməyi və fəaliyyəti nəticəsində mümkün olub. Nəzərə alsaq ki, bizim hörmətli həmkarımız Vüqar Rəhimzadə medianın inkişafına xüsusi töhfəsi və dəstəyi olan şəxslərdəndir. Əminəm ki, növbəti illərdə də qəzet, eyni zamanda 5 ilə yaxındır fəaliyyət göstərən “İki sahil” internet televiziyası daha yeni uğurlara imza atacaq. Fərqli dönəmdir. Yeni çağırışlar var. İslahatlara medianın dəstəyi olduqca vacibdir. Yeni dönəmdə yeni düzən və çağırışlara uyğun olaraq “İki sahil” qəzeti medianın və bütövlükdə Azərbaycan cəmiyyətinin və eyni zamanda, dövlətimizin inkişafına xüsusi töhfələrini əminəm ki, növbəti illərdə də davam etdirəcək.”



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb