15:02 / 21-01-2025
Balaca suitini xilas ediblər
09:55 / 21-01-2025
Müstəqilliyə aparan yol
Bütün xəbərlər
Rafael Cəbrayılov özünü təqsirli bilmir
Tarix: 08-07-2021 18:11 | Bölmə: Cəmiyyət

                    Rafael Cəbrayılov özünü təqsirli bilmir


Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, məhkəmədə prokuror çıxış edərək sabiq deputatın ittihamlarını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.
İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.



Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb