Bu məktəblərdən bir abituriyent belə ali məktəbə qəbul olmayıb
Tarix: 23-06-2021 17:56 | Bölmə: Cəmiyyət

                 Bu məktəblərdən bir abituriyent belə ali məktəbə qəbul olmayıb


Bu il Bakı şəhərində abituriyentlərin yalnız 43.60 faizi 300-dən yuxarı bal toplayıb. Paytaxtın attestat qiymətləri əla olan abituriyentlərindən 4.67 faizi 200 baldan aşağı nəticə göstərib. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin 2020-2021-ci il üzrə ali və orta ixtisas müəssisələrində imtahan nəticələrinin elmi-statistik təhlili ilə bağlı hesabatda bildirilib. Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45.53 faizdir.
Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 54, 108, 129, 145, 270, 290, 313, 327 saylı tam orta məktəbləri, 20, 62, 72, 83 və 220 saylı məktəb-liseyləri, Texniki humanitar lisey, 291 saylı Ekologiya liseyi, 160 saylı klassik gimnaziya və 287 saylı “Zəkalar” liseyi daxil olub.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər
20-07-2021, 15:14 BDU-nun dosenti vəfat etdi