Bütün xəbərlər
Taksidə qabaqda oturanlar cərimələndi - Video
Tarix: 19-06-2021 01:01 | Bölmə: Cəmiyyət

                    Taksidə qabaqda oturanlar cərimələndi


Bakıda qapalı məkanlarda və ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən karantin qaydalarının qorunması ilə bağlı reyd keçirilib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Suraxanı, Nizami, Nəsimi, Binəqədi, Yasamal, Nərimanov və Xətai rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb.
Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb.
Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur. 

           






Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər