Bütün xəbərlər
Xankəndidəki bu foto erməniləri narahat etdi
Tarix: 03-06-2021 15:14 | Bölmə: Cəmiyyət

                  Xankəndidəki bu foto erməniləri narahat etdi


Sosial şəbəkədə Azərbaycanın Xankəndi şəhərində məscidin istifadəyə verilməsi ilə bağlı məlumat paylaşılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni jurnalist Bella Lalayan öz feysbuk hesabında məlumat verib.
Məscidin fotosunu da yayımlayan Lalayanın sözügedən paylaşımı sosial şəbəkənin erməni seqmentində ciddi rezonans yaradıb.
Feysbuk istifadəçiləri məscidin Rusiyanın sülhməramlı kontingentində xidmət göstərən müsəlman hərbçilər, xüsusilə dağıstanlılar üçün nəzərdə tutulduğunu və Xankəndi Hava Limanının yaxınlığında yerləşdiyini qeyd ediblər.
Xatırladaq ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.





Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər