Bütün xəbərlər
Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı - Fotolar
Tarix: 03-06-2021 01:52 | Bölmə: Cəmiyyət

                        Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı


Vətən Müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun büstü hazırlanıb.
"Qafqazinfo" xəbər verir ki, büstün müəllifi Rahib Qarayev əsərinin fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Amid Heydərov 1988-ci ildə Lerikdə anadan olub. Mayor A.Heydərov oktyabrın 3-də Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhid zabitimizə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan başqa o, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xatırladaq ki, heykəltaraş R.Qarayev Azərbaycan Rəssamlıq Akademiyasının müəllimidir. O, bundan öncə Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin müəlliflərindən biri olub.






Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər