Bütün xəbərlər
Samir Əliyev: Əsirlikdə olarkən bizə dəhşətli işgəncələr verən bu iki cinayətkarın əsl adlarını məhkəmə iclasında öyrəndim
Tarix: 02-06-2021 16:00 | Bölmə: Cəmiyyət


Mən 1993-cü ildə Qubadlı rayonu işğal olunan ərəfədə Əliquluuşağı kəndində kəllə-beyin travması aldıqdan sonra yaralanıb əsir düşmüşəm. Huşumu itirmişdim və ayıldıqdan sonra gördüm ki, erməni əsirliyindəyəm.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və onlara qarşı digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 2-də Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkən qismində dindirilən Samir Əliyev jurnalistlərə müsahibəsində bildirib.
Əsirlikdə olarkən məruz qaldığı dəhşətli işgəncələrdən danışan S.Əliyev deyib: “Məni təpik, yumruq vura-vura ayıltdılar və sonra Şuşa həbsxanasına apardılar. Şuşa həbsxanasında olarkən bu iki erməni cinayətkar dəfələrlə gəlib mənə işgəncə verirdi. Həmin vaxt onları ləqəbləri ilə - birini “Lyoşa”, digərini isə “Lyoxa” deyə çağırırdılar. Amma onların əsl adlarını burada – bu məhkəmə iclasında öyrəndim. Əsirlikdə olduğumuz müddətdə onlar bizə qarşı olduqca şərəfsiz və insanlığa sığmayan hərəkətlər edir, dəhşətli işgəncələr verirdilər. Cinayətkarlar layiqli cəzalarını almalıdırlar”.





Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb