Bütün xəbərlər
Baş Prokurorluqdan arvadını öldürən hakimlə bağlı - Açıqlama
Tarix: 31-05-2021 12:05 | Bölmə: Cəmiyyət

                           Baş Prokurorluqdan arvadını öldürən hakimlə bağlı


Baş Prokurorluq Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovun arvadını öldürməsi ilə bağlı açıqlama verib.
Mətbuat xidməti tərəfindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Əhmədov Fəqan Rövşən oğlunun  özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb