Bütün xəbərlər
AZAL-ın adından fırıldaqçılıq edilirmiş - Şirkət məlumat yaydı
Tarix: 20-05-2021 22:44 | Bölmə: Cəmiyyət

                     AZAL-ın adından fırıldaqçılıq edilirmiş


Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.
AZAL-dan "Qafqazinfo"ya verilən məlumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.
Qeyd edilib ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. “Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.
“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.



Baxış sayı: 396


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb