Bütün xəbərlər
Rusiya bu anlaşmadan çıxır - Putin QƏRAR VERDİ
Tarix: 11-05-2021 22:29 | Bölmə: Cəmiyyət

       Rusiya bu anlaşmadan çıxır - Putin QƏRAR VERDİ


Rusiya Türkiyənin də daxil olduğu Açıq Səma Müqaviləsindən (Open sky agreement) çıxmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanun layihəsini Dumaya təqdim edib.
Rusiya və ABŞ, hərbi fəaliyyətlərdə şəffaflığı təmin etmək, silah yoxlanmasını və digər mühüm razılaşmalara nəzarəti asanlaşdırmaq məqsədilə kəşfiyyat uçuşlarına icazə verən Açıq Səma Müqaviləsini imzalayan 34 ölkə arasında yer alır.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) coğrafiyasında güvən və təhlükəsizliyin təmin olunması tədbiri kimi nəzərdə tutulan və 1992-ci ildə imzalanmağa başlanan Açıq Səma Müqaviləsinin tərəfləri arasında Türkiyə də yer alır.
22 Noyabr 2020-ci ildə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya ilə silah nəzarətini tənzimləyən Açıq Səma Müqaviləsindən çıxdığını elan etmişdi.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər