Poladsız ilk Analar Günü... - Video
Tarix: 11-05-2021 04:16 | Bölmə: Cəmiyyət

                   Poladsız ilk Analar Günü...

                    

Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Beynəlxalq Analar Günündə oğlunun məzarını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, Səmayə Həşimova Türkiyənin “Haberglobal” kanalına açıqlamasında Poladın əslində vəkil olmaq istədiyini, ancaq Azərbaycanın əzəli torpaqları ermənilər tərəfindən işğal edildiyi üçün əsgər olmağa qərar verdiyini ifadə edib.




Polad Həşimovun general rütbəsi aldığı gün bir ana kimi çox xoşbəxt olduğunu söyləyən Həşimova sözlərinə belə davam edib: “Formasını evə gətirdi. O gün alnından öpdüm. Vətənini çox sevirdi. “Ana, səni sevdiyim qədər Vətənimi sevirəm. Oradakı əsgərlərin valideynləri də onları çox sevir. Əsgərlər mənə əmanətdir”, -dedi”.
Daha sonra S. Həşimova oğlunun Türkiyədəki təlimlərə qatıldığını bildirib: “Türkiyə xalqını və ordusunu çox sevirdi. Həmişə Türkiyə ordusundan təriflə danışardı. Atatürkün məzarını ziyarət etməsindən də sevinclə bəhs edərdi. Şəhid anası olmaq çox ağırdır. Bu, bir ana üçün böyük bir ağrıdır. Onların da anaları var. Allah bizə dözmək üçün güc versin. Allahın verdiyi canı özümüzdən alana qədər dözməliyik”.


\



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər