Bütün xəbərlər
Bina tikərkən ağacları kəsən şirkətlə bağlı cinayət işi başlandı
Tarix: 29-04-2021 12:17 | Bölmə: Cəmiyyət

                  Bina tikərkən ağacları kəsən şirkətlə bağlı cinayət işi başlandı


Xırdalan şəhərində tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, M.Ə.Rəsulzadə küçəsi-1 ünvanında tikinti işləri aparan “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərov  tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində  mövcud olmuş, meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verib.
Nəticədə dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 min 800 manat məbləğində ziyan vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 


Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər