Bütün xəbərlər
“İdeal”ın keçmiş sahibi həbs olundu
Tarix: 06-04-2021 20:47 | Bölmə: Cəmiyyət

                   “İdeal”ın keçmiş sahibi həbs olundu


“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.
O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.
İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və  barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.


Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər