Bütün xəbərlər
Sumqayıtda şəhidin barelyefinin açılışı olub - FOTO
Tarix: 05-04-2021 02:14 | Bölmə: Cəmiyyət

                      


Sumqayıtda şəhidin barelyefinin açılışı olub
Xeberle.com-unməlumatına görə, Sumqayıtın Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Abdulla Əhmədovun barelyefinin açılış mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər. Tədbirdə Vətən Müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
Əsgər Abdulla Əhmədov Sumqayıtda doğulub, 18 yaşında idi. Vətən Müharibəsinin ilk günlərindən döyüşə atılan Abdulla Əhmədov Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, A. Əhmədov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!








Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər