Bütün xəbərlər
Oğurladığı 3 min manatlıq avadanlığı 200 manata satdı
Tarix: 29-03-2021 16:03 | Bölmə: Cəmiyyət

                  Oğurladığı 3 min manatlıq avadanlığı 200 manata satdı


Samux rayonunda da oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Sərkar kəndində yerləşən kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 3000 manat olan müxtəlif elektrik avadanlıqları oğurlanıb. Samux RPŞ əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşən Bayramov saxlanılıb.
Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E. Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər