Bütün xəbərlər
Jurnalisti döyən erməni nazir üzr istədi
Tarix: 19-03-2021 12:00 | Bölmə: Cəmiyyət

                   Jurnalisti döyən erməni nazir üzr istədi


Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyanı döydüyünə görə üzr istəyib və insidentə görə məsuliyyət daşımağa hazırdır.
Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.
Nazir baş verən hadisəni feysbukda şərh edərək bildirib ki, istənilən zorakılığa qarşıdır və məsələlərin sivil yollarla həllinin tərəfdarıdır.  
“Hər bir vətəndaşın şəxsi və ailə həyatının toxunulmazlıq hüququ var. Cəmiyyətimizin hər hansı bir üzvü, məmur və ya jurnalist, ilk növbədə emosiyalı şəxs xüsusilə ailə ilə bağlı məsələlərə həssasdır”, - Arşakyan qeyd edib.
O, insidentin şahidi olan bütün vətəndaşlardan üzr istəyib. “Sonda qeyd etmək istəyirəm ki, insidentə görə məsuliyyət daşımağa hazıram”, - nazir yazıb.
Baş Prokurorluq hücum haqqında ərizəni Xüsusi İstintaq Xidmətinə təqdim edib.



Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb