20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Evində meyiti tapılan qadın məktəb direktorudur - Yenilənib
Tarix: 15-03-2021 14:17 | Bölmə: Cəmiyyət

                Evində meyiti tapılan qadın məktəb direktorudur


Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
***
Meyiti tapılan Hacıyeva Ülkər Vəliyyəddin qızı rayonun Alıcqışlaq kənd orta məktəbinin direktoru olub. Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir. 
Bu barədə “Qafqazinfo”ya Alıcqışlaq kəndinin də daxil olduğu Qaraçaycek bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı direktor bu gecə vəfat edib.



Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər