21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Sabiq nazirin həbsi təsdiqləndi - Rəsmi
Tarix: 09-03-2021 12:54 | Bölmə: Cəmiyyət

                     Sabiq nazirin həbsi təsdiqləndi


Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edildiyini təsdiqləyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Əhmədovun təqsirləndirildiyi cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının prokurorluğunda hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir.
Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.



Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib