Bütün xəbərlər
DİN-dən feministlərin aksiyası ilə bağlı - Açıqlama+Yenilənib
Tarix: 08-03-2021 19:09 | Bölmə: Cəmiyyət

                   DİN-dən feministlərin aksiyası ilə bağlı


Daxili İşlər Nazirliyi Bakıda bir qrup feministin aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb:
"Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib".

***
Daxili İşlər Nazirliyi aksiya ilə bağlı daha bir açıqlama yayıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu gün bir qrup qadın icra hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz aksiya keçirməyə cəhd ediblər:
"Dərhal polis əməkdaşları tərəfindən aksiyanın qarşısı alınıb. Təxminən 15 nəfərə yaxın iştirakçı saxlanılıb, onlara xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırılıblar".



Baxış sayı: 398


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb