12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
16:16 / 31-08-2026
NTV: Kipr sahillərində batan bərənin kapitanı gəmini tərk edən ilk şəxslərdən biri olub
16:11 / 31-08-2026
Tordenin müdafiə heyəti hökmdən Finlandiya Ali Məhkəməsinə apelyasiya şikayəti verəcək
16:07 / 31-08-2026
Peskov: "Qərbin Rusiyaya qarşı təxribatları olub, var və davam edəcək"
16:05 / 31-08-2026
Putin ŞƏT Zirvə Görüşü üçün Qırğızıstana gəlib
15:54 / 31-08-2026
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
15:43 / 31-08-2026
Dron hücumu nəticəsində zərər çəkmiş evdən bir iti xilas etməyə kömək etdi
15:38 / 31-08-2026
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
15:35 / 31-08-2026
Bir kişi öz bağçasında tarixdəki ən böyük Viking dövrü gümüş xəzinəsi tapıb
18:27 / 30-08-2026
Təyyarələr eniş edə bilmədi
18:22 / 30-08-2026
Afrikalı həvəskar futbolçu vəfat edib
18:20 / 30-08-2026
Xilasedicilər Şkota adasında qalmış insanların köməyinə gəldilər
18:15 / 30-08-2026
Finlandiyalı jurnalist Avropada vətəndaş müharibəsinə səbəb ola biləcək amilləri müəyyən edib
XOCALI FACİƏSİ AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI AKTI, XALQIMIZIN QƏHRƏMANLIQ NÜMUNƏSİDİR- Ramiz QASIMOV
Tarix: 26-02-2021 19:46 | Bölmə: Cəmiyyət

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni terror qruplaşması və rus hərbi qüvvələrinin birləşməsi əvvəlcədən planlaşdırılmış vaxt və formada Azərbaycan xalqına qarşı dəhşətli bir qanlı faciə törətmişlər. Soyqırımı aparmaq niyyəti ilə törədilən, amansızlıq və qəddarlıq faktlarına görə dünyada təkrarı olmayan Xocalı faciəsi erməni millətçilərinin növbəti xəyanət aktı idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı ... XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir”. Görünməmiş növbənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Burda törədilmiş terror üsulları və miqyasını, amansızlıq və qəddarlıqları təsvir etmək üçün söz tapmaq olmur. Ancaq erməni quduzları üçün bu insanlığa təhdid olan soyqırımı faciəsi böyük nəşə və şizofrenik istəklə həyata keçirilmişdir. Bu faciə barədə bəhs edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çox doğru olaraq qeyd edirdi ki: “Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi”.
Xocalı faciəsi XX əsrin qətl və qəddarlıq simvoludur
Baş vermiş faciə nəticəsində Xocalı şəhəri yerlə-yeksan olunaraq tarix səhnəsindən silinmiş, coğrafi cəhətdən məhv edilmişdi. Həm də bu soyqırımı nəticəsində bir gecədə 613 nəfər həlak olmuş, 487 nəfər əlil edilmiş, 1275 nəfər əsirliyə götürülmüş, 150 nəfər itkin düşmüşdür. Ölən insanların 106 nəfəri qadın, 63 nəfəri isə uşaq idi. Habelə əsir götürülmüşlərin, itkin düşmüşlərin, əlil olmuşların arasında çoxlu sayda uşaqlar vardır. Bəli, faciənin miqyasının, xüsusilə, uşaqları əhatə etməsi bu facənin misligörünməzlik təzahürüdür. Baş vermiş bütün faktlar onu qətiyyətlə deməyə imkan verir ki, törədilmiş bu məqsədli, qanlı terror aktı bilavasitə Azərbaycan ərazisini işğal etmək niyyəti ilə yerli əhaliyə qarşı keçirilmiş genişmiqyaslı soyqırımı aktı idi. Dinc əhaliyə aman verilməməsi, əvvəlcədən düşünülmüş planla yollarda pusqu qurulması və keçidlərdə əhalinin yaşına, onun uşaq, böyük, qadın, qoca, xəstə, çarəsiz olmasına baxmadan güllə-baran edilməsi bu faciənin düşünülmüş və soyqırımı məqsədi ilə törədildiyini təsdiq edir. Qırğına məruz qalmış əhalinin məhz bir millətə – azərbaycanlılara aid olması, faciə zamanı yalnız azərbaycanlıların kütləvi surətdə amansızlıq və qəddarlıqla öldürülməsi azərbaycanlılara qarşı erməni millətinin soyqırımı törətməsi faktını tam mənası ilə təsbit edir. Bu soyqırımı aktında Xocalı şəhəri azərbaycanlılardan ibarət əhalisi ilə birlikdə xüsusi amansızlıqla məhv edilmiş və Xocalı adlı şəhər yer üzündən yox edilmişdir. Faciəni törədən erməni və rus hərbi birləşmələrinin iştirakçıları nəinki beynəlxalq humanitar hüquq normalarını ayaqlamış, hətta ən adi insanlıq dəyərlərini aşmış, ən adi insani hisslərdən məhrumiyyətlə belə bir faciə törətməyə qadir olduqlarını nümayiş etdirmişlər. Ən amansız və qəddar üsullarla dilsiz-ağızsız uşaqları öldürən, valideynlərinə göz dağı verən, insani dəyərləri aşan ermənilər nə qədər qəddar və amansız olduqlarını bir daha nümayiş etdirdilər. Faciənin miqyasının, xüsusilə, uşaqları əhatə etməsi və uşaqların erməni vandallarının ən qəddar və amansız cəza üsullarından yayınmaması bu facəninmisligörünməzliyinin faktlarındandır.Körpə, məsum, dilsiz-ağızsız, hələ хеyirlə-şəri, dоstla-düşməni, sеvinclə-qəmi, dоstluğu və düşmənçiliyi bilməyən günahsız uşaqların dillərindən çıхan acı şəhadətlər adamı dəhşətə gətirir. 7 yaşlı Yavər dеyir: “Оrda Əhməd dayının başını kəsdilər. Əvvəlcə məcbur еtdilər ki, əllərini yuхarı qaldırsın, sоnra qоllarını bağlayıb başını kəsdilər və оnunla оynamağa başladılar… tоp kimi. Qulaqlarını kəsib götürdülər... Muğam adlı cavanı atasının göz yaşlarına və yalvarışlarına baхmayaraq gözünün qabağında öldürdülər. Başlarına yüz оyun açandan sоnra kişinin qızını, arvadını və gəlinini də öldürdülər... İki yaşlı Natəvanıgüllələdilər ki, ağlamasın... Anasını əvvəl öldürmüşdülər… çох ağlayırdı...” Abdullayеva Vüsalə 4 yaşında, Abdullayеva Хəyalə yaş yarımında, Ağayarоv Nəbi 10 yaşında, Ağayarоva Sеvinc 7 yaşında, Ağayarоv Rоman 6 yaşında... bir ananın üç balası... оnlardan ikisinə güllə dəydi... yaradan öldülər. Rоman isə dоndu öldü... 19 yaşlı Хumar Səlimоva dеyir: “Talеyi ağzından güllələyib öldürdülər, sоnra arvadının gözünün qabağında başını əzməyə başladılar, arvadı qışqıranda оnu da güllələdilər. Bir yaşlı Samir ölmüş anasının üstündə iməkləyir, qışqırır, ağlayırdı, çох bərkdən ağlayırdı, оnda bir еrməni avtоmatın qundağı ilə оnun başını əzdi”... Хоcalı faciəsini törətməkdə şərik оlan 366-cı rus mоtоatıcı alayının əsgəri Viktоria İvlеva danışırdı ki: “Gördüm, qarşı tərəfdən buluda охşar nəsə gəlir. Aydın оldu ki, bu, yarıçılpaq insan kütləsidir. Azərbaycanlılardan ən aхırda qarın içi ilə üç uşağı ilə birgə ayaqyalın qadın gеdirdi. Məlum оldu ki, uşaqlarından ən kiçiyi cəmisi ikigünlükdür”. Хоcalı faciəsinin bilavasitə iştirakçısı olmuş “İzvеstisiya” qəzеtinin müхbiri V. Bеlıх də yazırdı: “Bеlə şеyi dəhşətli yuхuda da görmək mümkün dеyil... dеşilmiş gözlər, kəsilmiş qulaqlar, çıхardılmış skalplar, kəsilmiş başlar...kəndirlə zirеhli maşının arхasına bağlanaraq uzun müddət sürüklənmiş, bir-birinə sarınmış bir nеçə mеyid... vəhşiliyin həddi-hüdudu yохdur...”. Hərbi təyyarəçi mayоr Lеоnid Kravеts isə danışırdı ki: “Yохuşa səpələnmiş iki yüzə yaхın mеyid gördüm. Yеrli milis kapitanı da bizimlə idi. О, оrada öz dörd yaşlı оğlunu tapdı... başı əzilmiş... və dəli оldu...Başqa bir uşağın başı kəsilmişdi. Hər tərəfdə şikəst еdilmiş qadın, uşaq, qоca mеyidlərini gördüm...”. Хоcalı faciəsinin btlavasitə törədicilərindən оlan еrməni Daud Хеyriyan da öz kitabında yazmışdı: “Martın ikisində mеyidlərin yandırılması ilə məşğul оlan “Qaflan” qrupu yüzdən artıq azərbaycanlı mеyidi yığdı və yandırdı. Sоnuncu maşında mən alnından və əllərindən yaralanmış оn yaşlı qız gördüm; aclığa, sоyuğa, aldığı yaralara baхmayaraq bu sir-sifəti gömgöy göyərmiş üşaq hələ sağ idi. О yalnız nəfəs alırdı. Tеzliklə Tiqrinyan adlı bir əsgər bu hərəkətsiz qızı götürüb mеyidlərin üstünə tulladı... sоnra оnlara оd vurdular”. Еrməni azğınları sоyqırımı törətmək və faciələr yaratmaqda pеşəkar оlmalarını və еrmənilik хasiyyətlərini nümayiş еtdirərək “bütöv ailələri məhv еdir, açıq qətllər təşkil еdir, adamların diri-diri dərisini sоyur, qulaqlarını kəsir, skalpını çıхardırdılar, hamilə qadınların qarnını yarır... uşağı çıхarır, ölmüş qadının yarılmış qarnına ərinin kəsilmiş başını sохurdular...”. Faciə zərərçəkənlərindən biri dеyirdi ki, hətta hamilə qadının yarılmış qarnına diri pişik ötürür, qadının nеcə əzab çəkməyinə və acılar içərisində can vеrməsinəgülümsəyərək tamaşa еdirdilər. Bütün bu faktlar Хоcalı qətliamının dünyada qətl və qəddarlıq simvоlu, еrməniçiliyin nə qədər bəşəriyyət və insanlıq üçün təhlükəli və qоrхunc оlduğunu göstərir. Heç də təsadüfi deyildi ki, Amerika konqresmeni Don Barton ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini “dünyanın qətl və qəddarlıq simvolu” adlandırırdı.
Bu hadisələri təhlil etdikcə ermənilərin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz genosid - soyqırımı niyyətinin dayandığını aşkar surətdə görmək olar. Çünki soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş cinayət hərəktlərinə deyilir. Soyqırımı – beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri-bir sözlə yaşam tərzi olanmilli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. BMT-nin “Soyqırımı cinayətininqarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına, BMT Baş Məclisinin 10 dekabr 1948-ci ildəqəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsinə uyğun olaraq soyqırımı siyasəti və aktı olması haqda hüquqi əsasını tapan Xocalı hadisəsi Azərbaycan və azərbaycanlılara qarşı erməni şovinizmi və terrorizmi tərəfindən törədilmiş bir genosiddir. Necə ki ümummilli lider Heydər Əliyev də Xocalı faciəsinin xalqımızın tarixində xüsusi yeri olduğunu vurğulayaraq deyirdi: “Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalıya ədalət!!!
Xocalı hadisələri həm də xalqımızın qəhrəmanlıq nümunəsidir. Təpədən dırnağa kimi silahlanmış və planlı hərbi müdaxiləyə qarşı mübarizədə əliyalın olmasına baxmayaraq, xocalılar qəhrəmanlıqla döyüşmüş, torpaqlarının müdafiəsi uğrunda canlarından keçmişlər. Bu qeyri-bərabər döyüşlərdə göstərdikləri rəşadətli qəhrəmanlıqlara görə Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Araz Səlimov və Natiq Əhmədov kimi igid oğlanlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı faciəsi haqqında demişdir: “Xalqımızın qəhrəman, igid övladları tоrpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid оlublar. Ancaq bütün bu tarixin içində Xоcalı faciəsinin xüsusi yеri var. О da оndan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xоcalı sakininin öz tоrpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Еrmənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı еdilən sоyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət verən: “Bizim bugünkü Azərbaycan rəhbərliyinin və ölkə vətəndaşlarının qarşısında dünya siyasi dairələri və beynəlxalq ictimaiyyəti üçün Xocalı faciəsinin..., xalqımıza qarşı törədilən cinayətlərin xarakterini və miqyasını bütün çılpaqlığı ilə açıb göstərmək, məzlum, əzabkeş cildinə girmiş erməni millətçilərinin əsil simasını ifşa etmək vəzifəsi durur”, - deyən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndərimizin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisələrin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmış, eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir. Bundan başqa ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətinin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görülmüş, habelə xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, faciə ilə bağlı bir çox internet saytları yaradılmışdır. Bütün bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən sayılan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl və məqsədyönlü tədbirlər görülür. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Ermənistan dövlətinin və erməni millətçilərinin Qafqaz bölgəsində həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhlükəsi açılıb göstərilməlidir”.
Bu məqsədlə Azərbaycanlılara qarşı soyqırımı siyasətinin bütün dünyada tanıdılması və erməni terrorizminin ifşa edilməsi baxımından Heydər Əliyev fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın da xidmətləri misilsizdir. Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı ilə bağlı xeyli sayda sənədli filmlər və müxtəlif dillərdə zəngin kitablar ərsəyə gəlmişdir. Ölkəmizin paytaxtı Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında və Azərbaycanındigər bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidələr də bu yolda böyük töhfədir. Xocalı sakinlərinin timsalında azərbaycanlıların qəhrəmanlığı, millətimizin fədakarlığı əbədiləşdirilmiş, təbliği yolunda çox mühüm işlər görülmüşdür. Bu da qeyd olunmalıdır ki, görülən işlərin nəticəsi olaraq dünyanın bir çox ölkələrində Xocalı soyqırımı qurbanlarına abidələr qoyulmuş, müxtəlif sənədlər qəbul edilmişdir. Bir sıra ölkələrdə Xocalı soyqırımı hadisəsinin Azərbaycanlılara qarşı soyqırımı aktı olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sənədlər Azərbaycan dövlətinin bu sahədəki siyasi əzminin, düzgün və peşəkar diplomatiyasının, aparılan ardıcıl və məqsədyönlü işlərinin uğurlu nəticəsidir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər və əldə olunan nailiyyətlər də dövlət siyasəti sayəsində həyata keçirilən ardıcıl işlərin nəticəsi olaraq mühüm əhəmiyyət daşıyır. Azərbaycanlıların yaşadığı, azərbaycanlı diasporunun fəaliyyət göstərdiyi hər bir yerdə Xocalı soyqırımı qurbanlarının yad edilməsi və müxtəlif əhəmiyyətli tədbirlərin keçirilməsi də bu sahədə milli həmrəylik və iradə birliyinin əzmini nümayiş etdirir.
Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin ruhuna təskinlikdir!
Xalqımızın mübarizə tarixində Xocalı hadisələri faciəli olsa da, qəhrəmanlıq nümunəsi kimi xatırlanır. Bu faciədə qurban gedən hər bir xocalılı öz fədakarlığı və mübarizə əzmi ilə qəhrəmanlıq və vətənpərvərliyin nümunəsini yaratdı. Bu gün qarşımızda duran vəzifələrdən biri də vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq və mübarizə ənənələrini, ideallarını qorumaqdan ibarətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir”. Əlbəttə, hər bir azərbaycanlı bu tarixi hadisələrdən üzərinə düşən vəzifəni yaxşı bilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyirdi: “Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər”. Və müstəqil Azərbaycan dövləti təkcə təsəlli olmadı, həm də qayğı və mübarizəni də müvəffəqiyyətlə həyata keçirdi. Sülh məramlı siyasət yürüdən Azərbaycan dövlətinin iradəsindən fərqli olaraq Ermənistan tərəfi hələ də Azərbaycanın dinc mülki əhalisini körpə, uşaq, qoca, qadın demədən qurbana çevirirdi. Xocalı faciəsi, körpə Zəhranın və onun kimi uşaqların günahsız qətli hələ də dünya dövlətlərindən insan haqları tələbinə cavab ala bilməyib. Gəncədə, Tərtərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi terror hadisələri və həlak olan insanlar, uşaqlar, şikəst qalan vətəndaşlar, dağılan evlər humanizmə çağırış edən dövlətlərdən hələ də ədalətli qərar gözləməkdədir. Beləliklə, ikili siyasət sülhsevər, humanist, işğala məruz qalmış Azərbaycanın haqlarının bərpasına imkan vermirdi. Lakin Azərbaycan dövləti hər kəsə göstərdi ki, o öz ərazi bütövlüyünü hər an təmin etməyə qadir və qabildir. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Milli Ordusu Azərbaycan xalqının və dövlətinin iradəsini, əzmini uğurla nümayiş etdirərək göstərdi ki, biz bu anı hər an yaxınlaşdıra bilərik. 2018-ci ildə uğurlu Günnüt əməliyatı da sübut etdi ki, peşəkar Azərbaycan Silahlı Qüvvələri qələbə və zəfər üçün istənilən an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Və o gün uzaqda olmadı!!!...2020-ci ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərinə yenidən hərbi müdaxilə etmək cəhdləri Azərbaycanın tarixi ədaləti bəpa etmək məqsədinə zərurət yaratdı. Azərbaycan Respublikasının uzaqgörən rəhbəri, Zəfər müjdəli Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında mənfur Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatları aparmaqla düşmənə elə bir dərs verdi ki, çətin ki onlar bir daha Azərbaycan torpaqlarına tərəf baxa bilsinlər. Cəmi 44 gün çəkən bu müharibədə nəinki ermənilər geri çəkilməyə məcbur oldular, hətta Ermənistan ordusu haqqında yaradılmış mifi Azərbaycan Milli Ordusu özünün qəhrəmanlıq əzmi,döyüş məharəti, ən müasir döyüş texnikası və taktikası ilə darmadağın etdi. Ermənistan Silahlı Qüvvələri həm xeyli sayda – minlərlə canlı qüvvə, həm də ağır texnika və sursatlar itirərək darmadağın olundular.Bütöv bir ordu Azərbaycan Milli Ordusunun yalnız kiçik bir qisminin qarşısında büsbütün məhv edilərək silahlarını və döyüş bayraqlarını ataraq hərbi mövqelərini qoyub qaçmağa məcbur oldular. Ən qısa zamanda müharibə Ermənistan mifinin darmadağın olunması, Azərbaycanın möhtəşəm Zəfəri və tarixi ədaləti bərpası ilə nəticələnd:Azərbaycan işğal edilmiş ərazilərindən işğalçını çıxartmağa nail oldu, Şuşanı və digər əraziləri ilə qəhrəmanlıqla döyüşərək azad etdi, Ermənistan noyabrın 10-da biabırçı məğlubiyyətini qəbul etməyə və təslim olmağa vadar oldu. Aərbaycan Ordusunun göstərdiyi döyüş taktikası və üsulu dünyanın müharibələr tarixinə yeni, şanlı bir səhifə açdı və qızıl hərflərlə yazdırdı. Şuşa istiqamətində Azərbaycan əsgərlərinin göstərdiyi döyüş məharəti, əzm və qəhrəmanlıq nümunəsi tarixin ən misilsiz döyüş və vətənpərvərlik örnəyi olaraq hələ də xatırlanacaq, gələcək nəsillərə vətənpərvərlik və qəhrəmanlıq mirası olacaqdır. Azərbaycanın Vətən müharibəsindəki zəfəri həm30 illik ağrımıza məlhəm, vətəndaşımıza qürur mənbəyi, həm də Xocalı faciəsi qurbanları və ümumən ərazi bütövlüyümüz uğrunda həlak olanların ruhuna təskinlikdir!
Ramiz QASIMOV,
Azərbaycan MEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 605
Bölməyə aid digər xəbərlər

Dünən, 16:50
Polis rəqiblərini döyən iki kişini saxlayıb
Dünən, 16:31
24 yaşlı kişini qatar vuraraq öldürüb
27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
25-08-2026, 19:34
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
24-08-2026, 17:58
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
24-08-2026, 17:41
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
24-08-2026, 17:36
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
23-08-2026, 20:34
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
23-08-2026, 20:11
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
23-08-2026, 20:05
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
19-08-2026, 10:05
Ögey atasını öldürməkdə təqsirli bilinib
18-08-2026, 22:41
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
18-08-2026, 21:51
Avtobusa daş atan uşağa hücum etdi
18-08-2026, 12:41
Mülk üstündə oğullarını güllələyərək öldürüb
18-08-2026, 12:35
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
17-08-2026, 19:43
"Kremlin camaşırxanası" kanalının administratoru 11 il həbs cəzası alıb
17-08-2026, 19:38
Qızına təcavüz etdiyinə görə həbsxanaya göndərilib
17-08-2026, 19:27
Transformator yarımstansiyasını yandırıb
13-08-2026, 19:05
Mikroavtobus sürücüsü saxlanılıb
13-08-2026, 17:18
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
12-08-2026, 17:21
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
12-08-2026, 17:00
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
12-08-2026, 10:20
Qohumlarının yaşadığı evi yandıraraq valideynlərini öldürüb
11-08-2026, 10:23
Uşaq istismarı ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb
10-08-2026, 19:14
Kafedə dörd nəfər zəhərləndi, cinayət işi açıldı
10-08-2026, 17:39
Təqaüdçü valideynlərinə işgəncə verməkdə ittiham olunan kişi həbs edilib
9-08-2026, 18:39
Təcili yardım maşınına balta ilə hücum edilib
9-08-2026, 17:29
Bir kişi qızı müdafiə edən əlil SVO üzvünü döyüb
6-08-2026, 20:21
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
5-08-2026, 20:35
Sərxoş ata azyaşlı qızını döyüb
2-08-2026, 21:12
Serbiyada rus qadınının qətlində şübhəli bilinən şəxs bunu qısqanclıqdan etmiş ola bilər
2-08-2026, 20:39
Anası ilə mübahisədən sonra evdən çıxan məktəbli qız tapılıb
2-08-2026, 20:14
Toyda baş verən qaz partlayışı ilə bağlı araşdırma aparılır
30-07-2026, 19:47
Qətlə yetirilən qadının partnyoru axtarışa verilib
30-07-2026, 18:53
Direktorlar Şurasının sədri saxlanılıb