Bütün xəbərlər
Hulusi Akardan yeni fəaliyyətə başlayan Birgə Mərkəzlə bağlı - Açıqlama
Tarix: 01-02-2021 21:41 | Bölmə: Cəmiyyət

                     Hulusi Akardan yeni fəaliyyətə başlayan Birgə Mərkəzlə bağlı


“Birgə Mərkəz açıldı, fəaliyyət göstərməyə başladı. Ümidimiz, diləyimiz digər bütün çalışmalarla birlikdə, bu mərkəzin də iştirakı ilə atəşkəsin daimiləşməsi, sabitlik, sülh və hüzurun bölgədə hakim olmasıdır”.
“Qafqazinfo”nun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar keçirdiyi videokonfransda dilə gətirib.
Nazir bildirib ki, bu çərçivədə ümid bölgədəki ölkələrin qarşılıqlı olaraq bir-birinə, haqq və mənfəətlərinə hörmət, beynəlxalq hüquq çərçivəsində həm etibarlı, həm də firavan şəkildə yaşamalarıdır:
“Diləyimiz, arzumuz budur. Bu məsələni cənab prezidentimiz dəfələrlə dilə gətirib. Cənab Əliyevlə görüşülüb, cənab Putinlə paylaşılıb. Bu çərçivədə diləyimiz sülh və hüzurun bölgəyə hakim olmasıdır”.



Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb