Bütün xəbərlər
Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi
Tarix: 31-01-2021 17:21 | Bölmə: Cəmiyyət

                   Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi


Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Daxili Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib. 
Xatırladaq ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb.
Qeyd edək ki, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də onun  ilk övladı dünyaya gəlib.



Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər
Dünən, 11:24 Avtomobil suya düşüb