Bütün xəbərlər
Vilayət Eyvazov DİN-in idarə rəisini təqaüdə göndərdi
Tarix: 29-01-2021 17:57 | Bölmə: Cəmiyyət

Vilayət Eyvazov DİN-in idarə rəisini təqaüdə göndərdi


Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev işdən azad edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, R.Qarayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.



Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər
Dünən, 11:24 Avtomobil suya düşüb