18:50 / 22-09-2026
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
18:44 / 22-09-2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:38 / 22-09-2026
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18:28 / 22-09-2026
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:16 / 22-09-2026
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
18:13 / 22-09-2026
İrlandiyalı jurnalist Zelenski və Makronu Nyu-Yorkdakı davranışlarına görə qınadı
18:05 / 22-09-2026
Kanye Uest konsert biletləri üçün 160.000 rubl tələb etmək niyyətindədir
17:57 / 22-09-2026
Səyahət mütəxəssisi koronavirus epidemiyalarının real təhlükəsini izah etdi
17:53 / 22-09-2026
15 yaşlı yeniyetmə kollecdə atəş açıb
17:49 / 22-09-2026
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
17:46 / 22-09-2026
Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini birinci oxunuşda təsdiqlədi
17:43 / 22-09-2026
Bir alpinist iki turistin itkin düşdüyü dağının çətinliklərini sadaladı
17:39 / 22-09-2026
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib
17:35 / 22-09-2026
Ukraynadakı Interpipe Steel zavodu Rusiya qüvvələrinin tətilindən sonra istehsalı dayandırıb
17:32 / 22-09-2026
Analarına hədiyyə alarkən baş verən yanğında üç bacı həlak olub
17:29 / 22-09-2026
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
17:19 / 22-09-2026
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
17:16 / 22-09-2026
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
17:13 / 22-09-2026
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
17:10 / 22-09-2026
İran səmasında naməlum parlayan uçan obyekt müşahidə edilib
17:07 / 22-09-2026
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
17:03 / 22-09-2026
Məşhur hind yazıçısının həyat yoldaşı meymunun hücumundan öldü
16:59 / 22-09-2026
Yanan ticarət mərkəzinin sahibləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər
16:55 / 22-09-2026
Rubio bildirib ki, Kiyevin Amerika nefti daşıyan gəmilərə hücumları ABŞ üçün qəbuledilməzdir
19:51 / 21-09-2026
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
Polis Akademiyasına qadınların qəbulu dayandırıldı
Tarix: 24-01-2021 00:53 | Bölmə: Cəmiyyət
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edir.
Akademiyadan "Report"a verilən məlumata görə, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2021-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2021-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2021-ci il yanvar ayının 25-dən mart ayının 6-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-98-16.
Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.
Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi dərhal sənədləri toplanan polis orqanına təqdim etməlidirlər. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya qəbul imtahanlarınadək həkim komissiyasının rəyini təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.
Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2021-ci il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla tədris azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Seçmə komissiyasının vaxtı barədə və Polis Akademiyası haqqında ətraflı məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Akademiyanın www.pa.edu.az internet saytlarında yerləşdiriləcəkdir,-deyə məlumatda bildirilir.
Baxış sayı: 698
Bölməyə aid digər xəbərlər

Dünən, 17:29
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
21-09-2026, 19:11
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21-09-2026, 18:40
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
17-09-2026, 17:45
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17-09-2026, 17:31
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
16-09-2026, 20:48
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
16-09-2026, 19:32
Prokuror sui-qəsd cəhdində üçüncü təqsirləndirilən şəxsə 22 il həbs cəzası istəyib
16-09-2026, 19:24
İntim fotolar göndərdiyinə görə iki qadın məhkəmə qarşısına çıxacaq
15-09-2026, 18:22
İtkin düşən 12 yaşlı oğlan sağ tapılıb
15-09-2026, 18:19
Keçmiş meri öldürən nəvə qonşularına yalan danışdı
14-09-2026, 17:56
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
14-09-2026, 17:52
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
14-09-2026, 17:41
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
14-09-2026, 17:37
Ər arvadını boğub
13-09-2026, 17:04
Əhdi həmin videosuna görə saxlanıldı
13-09-2026, 17:01
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
13-09-2026, 11:20
Polis iki yeniyetməni vuran sürücünü axtarır
10-09-2026, 18:47
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
10-09-2026, 17:37
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
9-09-2026, 14:44
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
9-09-2026, 12:52
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
9-09-2026, 12:41
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
8-09-2026, 19:04
Qətl şübhəsi ilə saxlanılıb
7-09-2026, 16:21
Logistika şöbəsinin rəisi saxlanılıb
6-09-2026, 20:33
Qıza atəş açan yeniyetmə ev dustaqlığına buraxılıb
6-09-2026, 20:08
Üç yaşlı oğlan pəncərədən yıxıldıqdan sonra sağ qalıb
3-09-2026, 18:22
Arvadını qətlə yetirməkdə ittiham olunan həbs edilib
3-09-2026, 17:51
Nənə iki yaşlı nəvəsini yanan evdən xilas edə bilməyib
3-09-2026, 12:54
Ata oğlundan pul qoparmaq üçün özü adam oğurluğunu təşkil edib
2-09-2026, 19:26
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
1-09-2026, 19:59
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
31-08-2026, 16:50
Polis rəqiblərini döyən iki kişini saxlayıb
31-08-2026, 16:31
24 yaşlı kişini qatar vuraraq öldürüb
27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq