Bütün xəbərlər
Vətən Müharibəsi qaziləri ilə növbəti görüş keçirilmişdir
Tarix: 28-12-2020 23:33 | Bölmə: Cəmiyyət


"Qarabağ Azərbaycandır və nida" şüarı ilə xalqımızın müqəddəs vətən torpağı uğrunda 44 günlük  tarixə qızıl hərflərlə yazdığı  şanlı Vətən müharibəsində döyüşərək  yaralanan və hazırda evlərində müalicəsini davam etdirən qazilərlə Sumqayıt gənclərinin görüşləri davam edir. 
Növbəti fəxr edici görüşdə qazilərimiz  Bağırlı Bəhruz, Rəhimov Şahin rəşadətli Azərbaycan ordusunun ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq xalqına yaşatdığı tarixi qələbədən, göstərdikləri şücaətdən söz açaraq, vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edib şəhidlik zirvəsinə yüksələn əsgər yoldaşları ilə xatirələrini  bölüşərək onları böyük ehtiramla yad etdilər. 
Eyni zamanda   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  respublikamızın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı uğurlu diplomatik-siyasi mübarizəsindən və  xalqımızın dövlət başçısının ətrafında sıx birləşərək nümayiş etdirdiyi  birlikdən qürurla danışaraq bir daha Azərbaycan xalqının, dövlətinin qüdrətini  bütün dünyaya nümayiş etdirdiyini vurğuladılar. 
Şəhər  Gənclər İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov böyük tarixi qələbədə Azərbaycan gəncliyinin xüsusi rolu olduğunu qeyd edərək, qazilərə şəhər gəncləri və idman ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.


Sabaha-inamla.az




Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər