Bütün xəbərlər
Azərbaycana 2, Ermənistana 4 hərbi əsir qaytarıldı
Tarix: 28-12-2020 20:58 | Bölmə: Cəmiyyət

                   Azərbaycana 2, Ermənistana 4 hərbi əsir qaytarıldı


Bakı və Yerevan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi baş tutub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov deyib.
“Bu gün növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi oldu. Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan iki azərbaycanlını Bakıya təslim etdi. 4 erməni hərbi əsiri isə Yerevana qaytarıldı”, - deyə Muradov bildirib.



Baxış sayı: 417


Bölməyə aid digər xəbərlər