Bütün xəbərlər
Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən təmizləndi
Tarix: 28-09-2020 10:36 | Bölmə: Cəmiyyət

                   Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən təmizləndi


Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.


Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər