Bütün xəbərlər
Restoranda karantini pozdular - Dj Roşka da orada olub
Tarix: 25-09-2020 01:55 | Bölmə: Cəmiyyət
Restoranda karantini pozdular -  Dj Roşka da orada olub

Bakıda karantin qaydalarının növbəti dəfə pozulması halı qeydə alınıb.
Axşam.az xəbər verir ki, Aqşin Nəcəfov adlı sosial şəbəkə istifadəçisi İnstaqramda canlı yayım açaraq dostları ilə restoranda əyləndiklərini bildirib. O qeyd edib ki, Bakıda eyni masada 6 nəfərin əyləşməsinə icazə verilsə də, onların sayı 15 nəfərdir. Məclisdə tanınmış dicey Roşkanın da iştirak etdiyi görüntülərə düşüb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əsasən, restoranlarda hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.

               


Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər