Bütün xəbərlər
AMEA Naxçıvan Bölməsinin əməkdaşları N saylı hərbi hissədə olublar
Tarix: 25-09-2020 00:57 | Bölmə: Cəmiyyət

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları tez-tez muxtar respublika ərazisində yerləşən hərbi hissələrə gedib əsgər və zabitlərlə görüşlər keçirirlər. Bölmənin bir qrup əməkdaşı növbəti dəfə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə olublar.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin Mətbuat xidmətindən verilən məlumata görəəməkdaşlar əsgərlər qarşısında çıxış edərək ordu və cəmiyyət əlaqələrinin zəruriliyindən danışıblar. Qeyd olunub ki, ordu-xalq birliyi həmişə olub və bu gün də davam etdirilir. Orduda xidmət edən hər bir əsgər və zabit bilməlidir ki, xalqımız həmişə onların yanındadır. Vətənin, millətin keşiyində dayanan mərd, cəsur əsgərlərimizin arxasında bütün Azərbaycan xalqı dayanır.
Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərdən də söz açılaraq bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu öz gücünü Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz istiqamətində baş verən döyüşlərdə sübut edib.
Ziyarət çərçivəsində bölmənin Nəbatat bağında salınmış meyvə bağından toplanılan 800 kiloqram alma orduya təhvil verilib.
Qeyd edək ki, bölmə əməkdaşları bir neçə ay bundan əvvəl də hərbi hissəyə 700 kiloqram alma təqdim ediblər. Bu kimi ziyarətlərin gələcəkdə də təşkil edilməsi planlaşdırılıb.


Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər