22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Deputatın yol polisi ilə bağlı şikayəti araşdırılır
Tarix: 08-09-2020 21:13 | Bölmə: Cəmiyyət

              Deputatın yol polisi ilə bağlı şikayəti araşdırılır

"Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi idarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik".
Azvision.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, qaldırdığı məsələlərlə bağlı problemlərin araşdıralacağını deyiblər və məlum polis nəfəri ilə bağlı müvafiq tədbirlərin görüləcəyini vurğulayıblar:
"Araşdırma gedir. Anlaşıqlı söhbət, bir-birimizi başa düşmək, məsələlərin həlli yolunda addımlamaq cəhdləri də xoşuma gələn məqamlar oldu. Mən heç bir məmurun, heç bir dövlət idarəsinin, vəzifəli şəxslərin düşməni deyiləm, onlara qarşı da qərəzim yoxdur və ola da bilməz. Xalqa, sürücülərə hörmət edin və hörmət görün. Danışığımızdan hasil olan nəticə budur ki, müəyyən müsbət addımlar atılacaq ki, sürücülər incidilməsin və ya narazı qalmasın. Davranış etikası mühümdür, bunu da müzakirə etdik.
Açığı hər dəfə problem, umu-küsü ilə gündəmə gəlmək xoşuma gəlmir. Belə çıxmasın ki, ancaq narazıyam və ancaq tənqid etməyi sevirəm. Bilmirəm niyə belə alınır? Bəlkə də laqeyd qala bilmirəm, bəlkə mənə də sərt karantin rejimi təsir edib və emosiyalarımı idarə etməyə mane olur. Sonra düşünürəm ki, təsiri ola bilər, amma ən böyük səbəb daşıdığım siyasi məsuliyyətdir. Azərbaycanda insanlarımızın dövlətindən narazı qalmasını istəmirəm".


Baxış sayı: 499


Bölməyə aid digər xəbərlər