Bütün xəbərlər
Karantin qaydalarını pozanlar cərimələndi
Tarix: 16-08-2020 15:59 | Bölmə: Cəmiyyət

                    Karantin qaydalarını pozanlar cərimələndi


Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.







Baxış sayı: 815


Bölməyə aid digər xəbərlər