Bütün xəbərlər
Bakıda yol polisini söyən sürücü həbs edildi
Tarix: 04-08-2020 01:07 | Bölmə: Cəmiyyət

                   Bakıda yol polisini söyən sürücühəbs edildi


Saatlı rayonunda anadan olmuş Abbasov Elmir İsrail oğlu yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib. 
Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, o, idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib. 
Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi ilə mübahisə edib və onlara müqavimət göstərərək polisin qanuni tələblərinə tabe olmayıb. Eyni zamanda nalayiq ifadələr işlədib.
Sürücü 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. 
Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub. Ona, həmçinin, karantin qaydalarını pozduğuna görə də protokol tərtib edilib.


Baxış sayı: 453


Bölməyə aid digər xəbərlər