Bütün xəbərlər
Firudin Nəbiyev dünyasını dəyişdi
Tarix: 04-08-2020 00:00 | Bölmə: Cəmiyyət

                 Firudin Nəbiyev dünyasını dəyişdi


Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib. 
Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 
F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.
Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb. 


Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər