Bütün xəbərlər
Dənizdə batanlardan biri tanınmış şairin oğludur
Tarix: 01-08-2020 13:44 | Bölmə: Cəmiyyət

                 Dənizdə batanlardan biri tanınmış şairin oğludur


Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb.  Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir. 
“Qafqazinfo” xəbər verir ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. 
Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat yayıb:
“Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 
Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 


Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər