Bütün xəbərlər
İdman zalına gedənlər polis idarəsinə gətirildi - Fotolar
Tarix: 29-07-2020 21:26 | Bölmə: Cəmiyyət

                   İdman zalına gedənlər polis idarəsinə gətirildi


Bakının Nərimanov rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.
"Qafqazinfo" xəbər verir ki, müvafiq polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında yerləşən Qəhrəman İbrahimova məxsus “GYMCİTY” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkar edilib.
Obyektə baxış zamanı oranın sahibi və daha 3 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi intizam tədbirləri görülüb.
Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibati həbs cəzası gözləyəcək.


                 
                                 
                 


Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər