Bütün xəbərlər
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu - FOTO
Tarix: 26-07-2020 14:13 | Bölmə: Cəmiyyət

                    Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu -FOTO


Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.
Unikal.org
 xəbər verir ki,  Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Xasay Bayramov bu gün dünyasını dəyişib. 50 yaşlı X. Bayramov  17 gün idi ki, Bakıda "Yeni klinika” da müalicə alırdı. Bir neçə gün bundan öncə vəziyyəti yaxşılaşsa da qəfildən yenidən səhhəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Unikal.org-a həkimin koronavirusdan dünyasını dəyişdiyini təsdiqləyiblər.


Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər