Bütün xəbərlər
Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Tarix: 18-07-2020 11:33 | Bölmə: Cəmiyyət

                   Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yaydı


Ötən gün Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər