Bütün xəbərlər
“Kənd ocağı”nın sahibi və müştəriləri cərimələndi- Foto
Tarix: 14-07-2020 16:45 | Bölmə: Cəmiyyət

                “Kənd ocağı”nın sahibi və müştəriləri cərimələndi- Foto


Abşeron rayonu, Masazır qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi “Kənd ocağı” restoranının müştərilərə yerində xidmət göstərildiyi məlum olub. 
“Qafqazinfo” xəbər verir ki, obyektə baxış zamanı oranın sahibi və daha 10 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. 
Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.
 




Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər