Bütün xəbərlər
Daha bir həkim koronavirusdan vəfat etdi
Tarix: 13-07-2020 17:58 | Bölmə: Cəmiyyət

                  Daha bir həkim koronavirusdan vəfat etdi                 


Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı həkimin kolleqaları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən uşaq nevroloqu Kəmalə Dəhqani virus səbəbindən vəfat edib:
“Biliyini bölüşməyi bacaran, gözəl insan, çöhrəsindən təbəssüm əskik olmayan zəhmətkeş ana, qayğıkeş nənə Kəmalə xanımı itirdik. Allah rəhmət etsin, ailəsinə səbr versin!”


Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər