Bütün xəbərlər
Bu kafe və dönərxana gizli işləyirmiş - Fotolar
Tarix: 07-07-2020 14:44 | Bölmə: Cəmiyyət

                 Bu kafe və dönərxana gizli işləyirmiş

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən dönərxana aşkar olunub. 
“Qafqazinfo” xəbər verir ki,  “Qurtuluş” qəsəbəsində keçirilən reyd zamanı qəsəbə sakini Anar Məmmədovun işlətdiyi obyektdə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 5 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 200 manat məbləğində cərimə olunublar.
Daha bir əməliyyat zamanı Masazır qəsəbəsində gizli fəaliyyət göstərən obyekt aşkar olunub. Polislər tərəfindən Səbuhi Nağıyevə məxsus “Ocaq” restoranına baxış zamanı oranın sahibi və 6 nəfər müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.



Baxış sayı: 429


Bölməyə aid digər xəbərlər