Bütün xəbərlər
Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı - Video
Tarix: 06-07-2020 20:18 | Bölmə: Cəmiyyət

                  Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı

              
Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə "Qafqazinfo"ya Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcəkdir.

            


Baxış sayı: 407


Bölməyə aid digər xəbərlər