Bütün xəbərlər
İsmayıl Babayev 20 sutkalıq həbs edildi
Tarix: 06-07-2020 15:00 | Bölmə: Cəmiyyət

                  İsmayıl Babayev 20 sutkalıq həbs edildi


Ötən gün “Fairmont Baku” hotelində karantinin pozulması haqda videolar paylaşanları “işverən” adlandıran, eyni zamanda həmin hoteldə dincələn İsmayıl Babayev inzibati qaydada həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Babayevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 sutkalıq inzibati həbs cəzası verilib.
Faktı Bakı Şəhər Baş Polis İdarəsindən saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi “Fairmont Baku” hotelində karantin rejimini pozan şəxsləri saxlayaraq cərimələyib. 
Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.


Baxış sayı: 396


Bölməyə aid digər xəbərlər