Bütün xəbərlər
Şəxsi maşında maska taxmaq məcburidir? - RƏSMİ CAVAB
Tarix: 05-07-2020 14:21 | Bölmə: Cəmiyyət
                         

“Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər”.
Hit.Az xəbər verir ki, bu sözləri şəxsi avtomobildə maska taxılması barədə Lent.az -a danışan Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, fərdi şəxslərin öz maşınlarında maska taxması vacib deyil:
“Şəxsi avtomobildə sürücü və sərnişinlərin maska taxması vacib deyil. Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər. Buraya avtobuslardan əlavə, taksilər də daxildir. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında da əks olunub. Öz maşınında qoruyucu tibbi maskadan istifadə edilməməsinə görə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanıla bilməz”.


Baxış sayı: 427


Bölməyə aid digər xəbərlər