Bütün xəbərlər
Qonaqlıq təşkil edən restoran sahibi həbs edildi - Foto
Tarix: 01-07-2020 21:27 | Bölmə: Cəmiyyət

               Qonaqlıq təşkil edən restoran sahibi həbs edildi

Bərdədə qonaqlıq təşkil edən restoran sahibi həbs edilib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. 
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 7 nəfər saxlanılıb. Restoranın sahibi N. Orucov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər.





Baxış sayı: 476


Bölməyə aid digər xəbərlər